Zelenski: Putin mənimlə birbaşa danışıqlardan qorxur

Putin müharibəni bitirmək və tam qeyd-şərtsiz atəşkəslə razılaşmaq istəmir.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O, Ukraynaya qarşı müharibənin təşəbbüskarı Vladimir Putinin onunla birbaşa danışıqlardan qorxduğunu vurğulayıb.
Ukrayna prezidenti xatırladıb ki, martın 11-də Ukrayna ABŞ-ın təşəbbüsü və iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən görüşdə tam qeyd-şərtsiz atəşkəslə bağlı təklifi tam dəstəkləyib, çünki Ukrayna müharibəni dayandırmağa çalışır. "Bu təklif danışıqlar platformasında 63 gündür ki, qüvvədədir. Mən bunu prezident Trampa dəfələrlə vurğulamışam. İnanıram ki, Putin müharibənin bitməsini istəmir, atəşkəs istəmir, heç bir danışıqlar istəmir. Onun mənimlə birbaşa danışıqlardan qorxduğunu belə qeyd etmirəm", - deyə Zelenski qeyd edib.