Aİ Məhkəməsi Fon Der Leyeni məsuliyyətə cəlb edib


Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının sədri Ursula fon der Leyeni 2021-2023-cü illərdə COVID-19 peyvəndi satınalma müqavilələri haqqında məlumatı gizlətməkdə məsul hesab edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmənin açıqladığı qərarda qeyd edilib. "Məhkəmə iddiaçının arqumentlərini əsaslı hesab edib", - deyə məhkəmə qərarında deyilir.

Qeyd edək ki, "The New York Times" 2023-cü ildə fon der Leyenə qarşı ittihamlar irəli sürüb. Qəzet iddia edib ki, Avropa Komissiyasının rəhbəri "Pfizer" şirkətinin baş direktoru Albert Bourla ilə AB üçün dəyəri 30 milyard avrodan çox olan vaksinlərin alınmasına dair müqavilələrin şərtləri ilə razılaşdığı mətn mesajlarını dərc etməkdən əsassız olaraq imtina edib.

Aİ məhkəməsinin bu qərarı fon der Leyenin məsuliyyətinin dərəcəsini müəyyən etmir və ona qarşı heç bir intizam və ya cinayət tədbiri tətbiq etmir, lakin bu, Avropa Komissiyasının rəhbərinə qarşı daha ciddi ittihamlarla yeni iddialar üçün əsas ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu