Rubio İstanbulda Türkiyə və Ukrayna xarici işlər nazirləri ilə görüşəcək

ABŞ dövlət katibi Marko Rubio İstanbulda türkiyəli və ukraynalı həmkarları ilə görüşəcək.
AFN.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Telekanalın məlumatına görə, danışıqlar Türkiyə-Rusiya-Ukrayna formatında keçiriləcək növbəti görüşdən əvvəl Dolmabağçanın prezident ofisində baş tutacaq.
Qeyd edək ki, bu gün İstanbulda Rusiya-Ukrayna danışıqları da keçiriləcək.