Tramp İranla ziddiyyətlərin həllini tapacağına inanır

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton İranın nüvə proqramı ətrafında ziddiyyətləri və Tehranla digər mübahisəli məsələləri mütləq həll edə biləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə BƏƏ-yə səfəri zamanı mətbuata açıqlamasında deyib
"Bizim İranla bağlı müəyyən vəziyyətimiz var ki, onunla məşğul olacağıq. Bu və ya digər şəkildə, amma biz bununla məşğul olacağıq, hər şey yüz faiz ya nəzakətli ya xoşagəlməz olacaq. Amma xoşagəlməzlik onlar üçün çox yaxşı seçim deyil. Biz onlarla danışırıq. Bu, uzun bir yol olacaq", - deyə Tramp əlavə edib.