Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - RƏQƏMLƏR

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun "Premium Bank"dan əldə etdiyi dividendlə bağlı məlumat açıqlanıb.
Valyuta.az-ın xəbərinə görə, 17 yanvar 2025-ci il tarixində bankın əsas səhmdarı Zərifə Həmzəyeva vəfat etdikdən sonra, bankın nizamnaməsinə əsasən onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Mərhum Zərifə Həmzəyeva bankda 84,5 % paya malik idi.
"Premium Bank" 2024-cü il üzrə 7 milyon 56 min manat məbləğində dividend elan edib. Bu rəqəm 2023-cü illə müqayisədə 30% azdır — həmin il dividend məbləği 10 milyon 120 min manat təşkil etmişdi.
Hazırkı dividend bölgüsünə əsasən, Cahangir Əsgərova bankın əsas səhmdarı kimi 5 milyon 962 min manat məbləğində dividend ödənilib.
Səhmlərin 15,2 %-i "VIP Aviation Services" MMC-yə məxsusdur və şirkət 1 milyon 72,5 min manat dividend əldə edib.
0,3 %-lik pay sahibi Elvira Əhmədova isə 2024-cü il üçün 21,5 min manat dividend alıb.