"Bank of Baku"nun ödədiyi mənfəət vergisi 2 milyon manatdan çox azalıb


Bu ilin yanvar-iyun aylarında "Bank of Baku”nun ödədiyi mənfəət vergisinin həcmi 3 milyon 671 min manat olub.


Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 43,6 %, yaxud 2 milyon 842 min manat azdır. 2023-cü ilin yanvar-iyun aylarında bankın ödədiyi mənfəət vergisinin həcmi 6 milyon 513 min manat təşkil edib.

Qeyd edək ki, "Bank of Baku” 2024-cü ilin ilk yarısını 11 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35,4 % və ya 6 milyon manat azdır. Hesabat dövründə bankın xalis faiz gəlirləri 7,6 % artaraq 45 milyon 811 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 milyon manata (illik müqayisədə 54,7 % çox), qeyri-faiz xərcləri isə 40,2 milyon manata (illik müqayisədə 27 % çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 13 milyon 171 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 % azdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu