Papa Vens və Rubio ilə Ukrayna nizamlanmasını müzakirə edib

Roma Papası XIV Leo ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, görüş zamanı bütün dünyada, o cümlədən Ukraynada mövcud olan münaqişənin həlli müzakirə edilib.
“Bəzi aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb, bu zaman münaqişə zonalarında humanitar və beynəlxalq hüquq normalarına riayət olunması və onların tərəflər arasında danışıqlar yolu ilə həllinə çağırış edilib”, - deyə görüşlə bağlı açıqlanan məlumatda bildirilir.
Bundan əvvəl XIV Leo Ukrayna münaqişəsi də daxil olmaqla, bütün mövcud silahlı münaqişələrin həllində vasitəçi olmaq arzusunu ifadə edib. Pontifik hər bir dövlətin mənafeyini başa düşmək və güzəştə getməyin vacibliyini vurğulayaraq, qarşı tərəfi “yaxşı” və ya “pis”ə bölməməyə çağırıb.
Yeni seçilmiş Roma Papası Vatikanı Rusiya və Ukrayna arasında birbaşa danışıqlar platforması kimi təklif edib.