Nigeriyada qayığın batması nəticəsində 37 nəfər ölüb


Nigeriyanın Kvara əyalətində sərnişinləri daşıyan qayığın çayda batması nəticəsində 37 nəfər ölüb.

Milli mətbuatda çıxan xəbərlərə görə, bazardan qayıdan insanları daşıyan qayıq Kvara əyalətinin Qajibo bölgəsində çayda batıb.

İlkin məlumata görə, qəza nəticəsində 37 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.

Səlahiyyətlilər qayıqda təxminən 150 nəfərin olduğunu və ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını da qeyd ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu