Avstraliyanın şərqində daşqınlar: Minlərlə insan təxliyə edildi


Güclü yağışlar New South Wales-də (NSW) həyatı iflic edib, yüzlərlə ev boşaldılıb, minlərlə insan təhlükə altındadır.



Avstraliyanın şərqində yerləşən New South Wales (NSW) ştatında baş verən güclü yağışlar və nəticəsində yaranan daşqınlar səbəbilə minlərlə insana evlərini tərk etmələri üçün təxliyə əmri verilib.



Avstraliyanın ABC News kanalının verdiyi məlumata görə, yağıntılar ştatın Hunter ValleyMid North Coast bölgələrində böyük fəsadlara səbəb olub. Avstraliya Meteorologiya Bürosu (BOM) sahil bölgəsində başlayan yağışların şimala doğru hərəkət etdiyini və qarşıdakı günlərdə də davam edəcəyini açıqlayıb.



Təxliyə və fövqəladə çağırışlar

Fövqəladə Hallar Xidməti rəsmiləri bildiriblər ki, təkcə Hunter bölgəsində gecə saatlarında onlarla ev təxliyə edilib. DungogPaterson qəsəbələrində bəzi küçələr üçün gecə saat 23:30-a qədər təxliyə əmri qüvvədə olub.



Əyalət üzrə 2000-dən çox yardım çağırışı qeydə alınıb. Bu çağırışların 1400-nə operativ cavab verilib, 60 nəfər isə təhlükəsiz ərazilərə köçürülüb.



Elektrik enerjisi kəsildi, məktəblər bağlandı

Yağıntılar nəticəsində 4000-dən çox ev işıqsız qalıb, çoxsaylı yollar nəqliyyata bağlanıb. NSW Baş naziri Kris Minns bölgəyə 1600-dən çox fövqəladə hal əməkdaşı göndərildiyini, təhlükə səbəbilə 68 məktəbdə dərslərin təxirə salındığını açıqlayıb.



Xilasetmə və bərpa işləri davam edir

Rəsmi qurumlar zərərçəkmiş bölgələrdə xilasetmə və bərpa işlərinin davam etdiyini, əhalidən mümkün qədər ehtiyatlı olmalarınıyerli hökumət qurumlarının təlimatlarına riayət etmələrini tövsiyə edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu