Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilmədi
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə Yasamal rayon Məhkəməsində baxılıb.
APA-nın məlumatına görə, bu gün keçirilən iclasda məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə təqsirləndirilir.