"Qarabağ Futbol Klubu" zərərini 2 dəfə azaldıb


"Qarabağ" Futbol Klubu 2024-cü ili zərərlə başa vurub



"Qarabağ Futbol Klubu” MMC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb. Reportun məlumatına görə, klub ötən ili 877 min manat zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 50,8 % və ya təxminən 2 dəfə azdır.



Hesabata əsasən, 2023-cü illə müqayisədə "Qarabağ"ın əməliyyat gəlirləri 12,7 % artaraq 34,754 milyon manat olub. Klubun əməliyyat xərcləri isə 11,5 % artaraq 35,613 milyon manata çatıb. Maliyyə xərcləri isə kəskin azalma ilə cəmi 18 min manat təşkil edib (37,8 dəfə az).



2024-cü il yanvarın 1-nə klubun aktivləri 47,027 milyon manat olub ki, bu da illik müqayisədə 62 % artım deməkdir. Öhdəlikləri isə 2,7 dəfə artaraq 31,109 milyon manata çatıb. Bu artım fonunda klubun balans kapitalı 8,4 % azalaraq 15,919 milyon manat təşkil edib.



Xatırladaq ki, "Qarabağ Futbol Klubu" MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Klubun nizamnamə kapitalı 8,615 milyon manatdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu