Almatıda Azərbaycanın tərəfdaşlığı ilə tibbi turizm sərgisi keçiriləcək

İyunun 28-29-da Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Tibbi Turizm Sərgisi keçiriləcək.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) sərginin tərəfdaşı qismində çıxış edir. Sərgi öncəsi son hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.
Assosiasiyanın rəhbəri Ruslan Quliyev AFN.az-a açıqlamasında bildirib ki, sərgi çərçivəsində 29 iyuntarixində onlayn platformavasitəsilə əvvəlcədən sifariş əsasında B2B görüşlər keçiriləcək.
Hər bir B2B iştirakçısı sərgi iştirakçıları ilə əvvəlcədən planlaşdırılmış 20-yə yaxın fərdi görüş keçirə biləcək. Bütün iştirakçılara şirkət adı, loqotip və cədvəl nömrəsi göstərilməklə masa ayrılacaq.
Görüşlər zamanı sərgidə stendləri olan şirkət nümayəndələri planlaşdırılmış qrafik əsasında fərdi danışıqlar üçün masalara yaxınlaşacaqlar.
İştirakçılar aşağıdakı sahələr üzrə nümayəndələrlə əməkdaşlıq imkanları əldə edəcəklər:
- Xəstəxanalar və klinikalar
- Sağlamlıq turizmi agentlikləri
- Termal komplekslər
- Assosiasiyalar və tibbi təşkilatlar
- Sığorta şirkətləri
- Həkimlər və tibbi mütəxəssislər
- Ahıllara qulluq mərkəzləri
FƏXRİYYƏ