Suriyada ələvilər yaşayan kəndə hücum: 5 nəfər ölüb

Suriyanın Latakiya şəhərinin şimalında yerləşən Maşkita kəndinin sakinlərinə naməlum silahlıların hücumu nəticəsində azı 5 nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə “Sham” telekanalı məlumat yayıb.
Daha üç mülki şəxsin yaralandığı bildirilir.
Latakiya əyalətində yerləşən Maşkita kəndində əsasən ələvilər - Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsinin mənsub olduğu dini azlığın nümayəndələri məskunlaşıb.
Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Bir neçə gün davam edən qarşıdurmalar nəticəsində 1500-ə yaxın insan həlak olub.