Liverpulda avtomobilin izdihama girməsi nəticəsində 50-yə yaxın insan xəsarət alıb

İngiltərənin Liverpul şəhərində avtomobil qəzası nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
AFN.az xəbər evrir ki, bu barədə "Sky News" məlumat yayıb. Şəhərin Şimal-Qərb Təcili Yardım Xidmətinin sözçüsü Deyv Kitçin bildirib ki, 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin, o cümlədən bir uşağın vəziyyəti ciddi qiymətləndirilir.
Daha 20 qurbana hadisə yerində tibbi yardım göstərilsə də, xəstəxanaya yerləşdirmə tələb olunmayıb. Onun sözlərinə görə, zərərçəkənlərdən dördü uşaqdır.
İstintaq qrupu hadisənin terrorla əlaqəli olduğunu düşünmürlər. "Biz bunun təcrid olunmuş bir hadisə olduğuna inanırıq. Hazırda başqa heç kimin iştirakını axtarmırıq. Buna terror kimi baxılmır", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, bir nəfər İngiltərə Premyer Liqasında (APL) eyniadlı futbol klubunun 20-ci titulunu qeyd etmək üçün keçirilən çempionat paradında iştirak etmək üçün Liverpulun mərkəzinə toplaşan insanların üzərinə maşın sürüb. İnsident mayın 26-da saat 18:00 radələrində paradın bitdiyi vaxt baş verib.
Sosial şəbəkələrdə yayılan videolarda tünd rəngli “Ford Galaxy” markalı mikroavtobusun kütlənin arasından kifayət qədər sürətlə küçdiyi, manevr etdiyi və dayanana qədər insanlara çırpıldığı görünür. Avtomobili idarə edən 53 yaşlı yerli sakin saxlanılıb.