Avropa şəhərindən turistlərə xəbərdarlıq: Səki daşlarını oğurlamayın


Belçikada bir şəhər turizm mövsümündə hər ay 70-ə qədər səki daşının itməsi səbəbilə turistlərə tarixi mərkəzdən daş aparmamaları barədə xəbərdarlıq edib.

UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Brügge şəhəri səyyahlara səki daşlarının suvenir olmadığını xatırladıb.

Qərbi Flandriya bölgəsinin paytaxtı olan şəhərin bələdiyyə üzvü Frenki Demon orta əsr şəhərinin hər ay 50-70 səki daşının ziyarətçilər tərəfindən oğurlandığını və bu daşların bərpa xərclərinin hər kvadratmetr üçün təxminən 200 avro olduğunu bildirib.

"The Brussels Times" xəbər verir ki, Demon turistlərə belə səslənib:

“Sizdən yalnız hörmət istəyirik. Brüggedə gəzmək, yüz illərlə yaşı olan tarix üzərində gəzmək deməkdir. Lütfən, bu daşları olduğu yerdə buraxın.”

Demonun sözlərinə görə, Maynvote, Vismarkt, Qrand PlasQrutsuz Muzeyi kimi məşhur yerlərdə səki daşlarının tez bir zamanda yoxa çıxması piyadalar üçün təhlükə yaradır.

CNN-ə verdiyi açıqlamada o belə deyib:

“Bəziləri bunu zərərsiz və ya maraqlı hesab etsə də, nəticələri çox ciddidir. Səki daşlarının sökülməsi həm yerli sakinlər, həm də turistlər üçün açıq təhlükə yaradır. Yerində olmayan və ya boşalmış daşlar insanların büdrəyib yıxılmasına səbəb ola bilər və bələdiyyə işçiləri onları tez-tez təmir etmək üçün səfərbər olunur.”

Demon həmçinin əlavə edib ki, səki daşları şəhərin ruhunun bir parçasıdır və gələcək nəsillər və ziyarətçilər üçün qorunmalıdır.

Qeyd edək ki, Brügge sakinləri ilk dəfə deyil ki, turizmə qarşı narahatlıqlarını dilə gətirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu