Rusiyalı tədqiqatçı ABŞ-da məhkəmə qarşısına çıxarıldı


ABŞ-ın Harvard Universitetində xərçəng araşdırmaları aparan Rusiyanın vətəndaşı Ksenya Petrova gömrük bəyannaməsi olmadan ölkəyə qurbağa embrionları gətirdiyi iddiası ilə çıxarıldığı məhkəmədə girov qarşılığında azadlığa buraxılıb.



NBC News-un məlumatına görə, Vermont dairə hakimi Kristina Rays bildirib ki, Petrovanın ABŞ-ın Miqrasiya İdarəsi və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən müddətsiz saxlanılması üçün hüquqi əsas yoxdur. Hakim vəziyyətin ciddi hüquqi narahatlıqlar doğurduğunu vurğulayıb.



Hərçənd bu qərar işdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilsə də, Ksenyanın dərhal azadlığa buraxılması ilə nəticələnmədiyi qeyd olunub.



Məhkəmə hökumətdən ən geci cümə gününə qədər Petrovanın sərbəst buraxılması üçün lazım olan şərtləri təqdim etməyi tələb edib. Hakim bildirib ki, Ksenya ictimai təhlükə törətmir və müəyyən edilmiş şərtlər daxilində onun qaçma riskinin qarşısı alına bilər.



Qeyd edək ki, Harvard Universitetində xərçəng və yaşlanma mövzusunda elmi tədqiqatlar aparan 30 yaşlı Ksenya Petrova bu ilin fevral ayında Fransa üzərindən ABŞ-a səfəri zamanı gömrük işçilərinə çamadanında gətirdiyi qurbağa embrionları barədə məlumat vermədiyi üçün saxlanılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu