Xəzər Universitetində tələbə bıçaqlanıb – Vəziyyəti ağırdır


Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:



"Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.



Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”.



Xəbəri rus dilində oxuyun: На этой неделе окончательно закроется “Голос Америки”



Xəzər Universitetində tələbələr arasında dava düşüb.



AFN.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.



Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib. Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.



Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.



"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu