İtaliya katolik kilsəsində cinsi istismar - Qurbanların sayı 115-ə çatdı


İtaliya Katolik Kilsəsinin ən yüksək orqanı olan İtaliya Yepiskoplar Konfransı (CEI) 2023–2024-cü illəri əhatə edən dövr üzrə kilsə daxilində cinsi istismartəcavüz hallarına dair hesabatını yayımlayıb.



Konfransın bu mövzu ilə bağlı ilk hesabatı 2022-ci ildə təqdim olunmuşdu. Dünən ictimaiyyətə açıqlanan üçüncü hesabatda bildirilir ki, 2023–2024-cü illərdə cinsi istismara məruz qalanların sayı 115 nəfər olub. Onlardan 64-ü kişi, 51-i isə qadındır.



İstismarda adı hallanan 67 nəfərdən 65-i kişidir. Onlardan 44 nəfərin kilsədə ruhani vəzifə daşıdığı qeyd olunub.



Ən çox təsirlənən yaş qrupu 10–14 aralığı olub. Hesabata görə, istismara məruz qalanların 31,3 faizi bu yaş qrupuna aiddir.



İtaliya mətbuatında yayımlanan məlumatlara əsasən, cinsi istismar hadisələrinin sayında artım müşahidə olunmaqdadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu