Rusiyada bəzi bölgələrdə kriptovalyuta mədənçiliyi qadağan ediləcək


Rusiya Energetika naziri Sergey Çivilev artıq elektrik istehlakı səbəbilə ölkənin daha iki bölgəsində kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyini bildirib.



Çivilev paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə ölkədəki kriptovalyuta mədənçiliyi ilə bağlı çıxış edib.



Sibirin cənub bölgələrində elektrik çatışmazlığının yaşandığını vurğulayan nazir bu səbəbdən İrkutsk vilayətində kriptovalyuta mədənçiliyinin qadağan edildiyini və əldə olunan nəticələrə əsasən bu məhdudiyyətlərin 2031-ci ilə qədər uzadılması qərarının verildiyini qeyd edib.



Çivilev qadağanın BuryatiyaTrans-Baykal bölgələrində də tətbiq olunacağını əlavə edib.



Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin avqust ayında kriptovalyuta mədənçiliyinin leqallaşdırılmasını təsdiqləmişdi. Bu çərçivədə Rusiya hökuməti tərəfindən müəyyən edilmiş şəxslər və şirkətlər təyin olunmuş enerji sərfiyyatı həddini aşmamaq şərtilə kriptovalyuta mədənçiliyi ilə məşğul ola bilirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu