75 mindən çox şəxs Həcc qaydalarını pozduğu üçün geri qaytarıldı


Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi “icazəsiz Həcc”ə qarşı aparılan yoxlamalar çərçivəsində 75 mindən çox şəxsin Həcc qaydalarını pozduğu üçün geri qaytarıldığını açıqlayıb.



Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinə tabe olan İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri, general-leytenant Məhəmməd əl-Bassami Məkkədə mətbuat konfransı keçirib.



Bassami bildirib ki, müvəqqəti yaşayış icazəsi olsa da Həcc sənədi olmayan təxminən 270 min nəfər Məkkə-i Mükar­rəməyə buraxılmayıb və əlavə edib ki, 75 min 943 nəfər Həcc qaydalarını pozduğu üçün geri qaytarılıb.



O həmçinin qeyd edib ki, 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni sərnişin daşıyıcısı109 mindən çox icazəsiz nəqliyyat vasitəsi müəyyən edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu