Monqolustan parlamenti baş naziri gizli səsvermə ilə yola saldı


Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) gizli səsvermədən sonra ölkənin baş naziri Luvsannamsrain Oyun-Erdenenin istefası barədə qərar qəbul edib.



AFN.az xəbər verir ki, o, yeni hökumət başçısı təyin olunana qədər vəzifələrini icra etməyə davam edəcək. Bu barədə parlamentin mətbuat xidməti yerli mediaya məlumat yayıb.



"Monqolustan parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, deputatların əksəriyyəti, yəni 64 nəfər Baş nazirə etimad səsverməsinə səs verməli idi. Etimad səsverməsi parlamentarilərin əksəriyyəti tərəfindən gizli səsvermə yolu ilə təsdiq olunmadığından hökumətin istefası məsələsinə baxılması üçün qətnamə qəbul edilib", – parlamentin mətbuat mərkəzinin rəhbəri bildirib.



Parlamentin spikeri Daşzeqviin Amarbayasqalan istefa vermiş Baş nazirə Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər vəzifələrini davam etdirməyi tapşırıb. Qanuna əsasən, Monqolustanda yeni Baş nazir 30 gün ərzində təyin edilməlidir.



Vida nitqində Oyun-Erdene hökumətin fəaliyyətinin zəiflədiyini etiraf edib:




“Bu gün mən və koalisiya hökuməti səlahiyyətlərimizi tam şəkildə həyata keçirə bilmirik. Hökumət sarayında hakimiyyət zəifləyir. Amma mən bilirəm ki, ictimaiyyətdə fərqli fikir var. Maraqlar toru xalqa heç vaxt qalib gələ bilməyəcək. Qoy demokratik parlament idarəçiliyi mavi səma altında əbədi olsun”, – deyə o vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu