BMT TŞ-yə 5 yeni üzv seçildi – 2026-cı ildən qüvvəyə minəcək


Bəhreyn, Konqo Demokratik Respublikası, Kolumbiya, Latviya və Liberiya 2026-cı il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaqlar.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu təşkilatın Baş Assambleyasının çərşənbə axşamı keçirilən səsvermənin nəticələri sübut edir.

Yeni Təhlükəsizlik Şurası üzvləri, səlahiyyət müddəti 2025-ci il dekabrın 31-də başa çatan Əlcəzair, Qayana, Koreya Respublikası, Sloveniya və Syerra-Leonenin yerini tutacaqlar.

Qətnamələr üzrə səsvermələrdən fərqli olaraq — bu zaman hər bir ölkənin səsi böyük ekranda əks olunur — Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərinin seçilməsi proseduru gizlidir. 2025-ci ildə Baş Assambleyada keçirilən səsvermə heç bir intriqa və rəqabət olmadan baş tutub.

BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü var və beş dövlət rotasiya çərçivəsində hər il dəyişir. “Beşlik”dən (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) fərqli olaraq, onların veto hüququ yoxdur. Hazırda qurumun qeyri-daimi üzvləri Əlcəzair, Qayana, Yunanıstan, Danimarka, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya, Somalidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu