İsrail "Arrow 3" sistemini Almaniyaya təhvil verməyə hazırlaşır


Yaxın aylarda başlaması gözlənilən İsrailin "Arrow 3" raketdən müdafiə sisteminin (Hetz-3) Almaniya silahlı qüvvələrinə təhvil verilməsi üçün rəsmi olaraq hazırlıqlara başlanıb.



AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.



“İsrail və Almaniya qarşıdakı aylarda "Arrow 3" raketdən müdafiə sisteminin Almaniya silahlı qüvvələrinə təhvil verilməsi üçün hazırlıqlara başlayıblar”, - deyə məlumatda bildirilir.



Qeyd edilir ki, "Arrow 3" raketdən müdafiə sisteminin alman ordusuna təhvil verilməsi üçün hazırlığın rəsmi başlanğıcı İsrail tarixində ən böyük müdafiə ixracı müqaviləsinin həyata keçirilməsi istiqamətində irəliləyişdə mühüm addım olub. “Bu yaxınlarda Almaniyada yüksək səviyyəli əlaqələndirmə iclası keçirilib. Toplantıda proqramda iştirak edən İsrail və Almaniyanın müdafiə müəssisələrinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər”, - deyə nazirlik əlavə edib.



Almaniya və İsrail 2023-cü ilin sentyabrında Berlində bu sistemin Almaniya tərəfindən alınması barədə razılığa gəliblər. Müvafiq sazişin imzalanma mərasimi həmin ilin noyabrında Təl-Əvivdə baş tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu