Maskla qarşıdurmadan Tramp da zərər etdi


ABŞ prezidenti Donald Tramp İlon Maskla ictimai qarşıdurma fonunda bir gündə 1,1 milyard dollardan çox itirib.



AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.



Bildirilir ki, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8% ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib. Bundan əlavə, Trampın mem sikkəsinin dəyəri 10% ucuzlaşaraq, dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.



Daha əvvəl "Bloomberg" xəbər vermişdi ki, Mask Trampla münaqişəyə görə "Tesla" səhmlərinin düşməsi səbəbindən bir gündə təxminən 34 milyard dollar itirib.



İş adamı və ABŞ prezidenti arasında gərginlik iyunun 5-də başlayıb və onlar sosial şəbəkələrdə bir-birinin ünvanına sərt açıqlamalar veriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu