Yunanıstanda yaxtada fransalı turistin meyiti tapıldı


Yunanıstanın Korinf kanalında lövbər salmış yaxtada fransalı turistin meyiti tapılıb.



AFN.az xəbər verir ki, bu barədə "Tovima.com" portalı məlumat yayıb.



Məlumata görə, liman əməkdaşları yaxtada hərəkət olmadığını müşahidə edərək narahatlıq keçiriblər. Gəmiyə baxış zamanı orada vəfat etmiş şəxsin meyiti aşkarlanıb.



Hadisə yerinə Yunanıstan Sahil Mühafizəsipolis əməkdaşları cəlb olunub və hadisənin başvermə şəraiti ilə bağlı araşdırma başladılıb.



Nəşrin yazdığına görə, ilkin araşdırmalar zamanı cinayət əlamətləri aşkarlanmayıb. Meyit ekspertizaya göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu