Mingəçevirdə evdə ər-arvad ölü tapılıb


Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.



Hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.



Belə ki, 64 yaşlı Mustafa Babayev asılı vəziyyətdə, 63 yaşlı arvadı Sayalı Babayeva isə üzərində xəsarət izi olmadan ölü vəziyyətdə aşkar edilib.



Meyitlər müayinə üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaqdan sonra məlum olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu