"Qarabağ"ın ÇL-də rəqibi bu gün bəlli olacaq


Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir



Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.



Mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.



Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.



Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək cütlərin qalibləri yer alır:



"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta),

"KuPS" (Finlandiya) - "Milsami" (Moldova),

"TNS" - "Şkendiya" (Şimali Makedoniya),

"Levadiya" (Estoniya) - "RFS" (Latviya),

"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq),

"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq),

"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya),

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya),

"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina),

"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro).



Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu