Bakının bu ərazisində evlər söküləcək

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək
AFN.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən istismara yararsız binaların sökülməsi planlaşdırılır və bu məqsədlə artıq layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Banker.az-ın məlumatına görə, söküntü işləri Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarını əhatə edəcək. Hər iki bina texniki baxış nəticəsində qəzalı və istismara yararsız hesab edilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən Baku.ws-ə verilən açıqlamada da sözügedən ərazilərdə söküntü aparılacağı təsdiqlənib.
Hazırda söküntünün konkret tarixi açıqlanmasa da, sakinlərə yaşadıqları binaları tərk etmələri üçün kompensasiya təqdim ediləcəyi bildirilir.