Avropa siyasətçiləri ABŞ-dakı qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edir


Almaniya və İtaliyanın siyasi xadimləri öz hökumətlərinə ABŞ-da saxlanılan və ümumi bazar dəyəri 245 milyard dollardan çox olan qızıl ehtiyatlarının bir hissəsini Avropaya geri qaytarmağı tövsiyə ediblər.



AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.



Bildirilir ki, bu çağırışlar artmaqda olan geosiyasi qeyri-sabitlik və ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi (FED) ilə faiz dərəcələrini azaltmaqdan imtinası üzərindəki münaqişəsi fonunda səsləndirilib.



Qəzetə açıqlama verən keçmiş Avropa Parlamenti deputatı və hazırda Almaniyanın “Sahibkarlıq və Ədalət üçün Sərah Vaqenknext İttifaqı” partiyasının üzvü olan Fabio De Mazi qeyd edib ki, bu narahat dövrdə qızılın Avropaya köçürülməsi üçün ciddi arqumentlər mövcuddur.



Ümumdünya Qızıl Şurasının məlumatına görə, Almaniya və İtaliya ABŞ-dan sonra dünyada ən çox qızıl ehtiyatına sahib olan ikinci və üçüncü ölkələrdir. Almaniyanın 3,3 min ton, İtaliyanın isə 2,4 min ton qızıl ehtiyatı var və hər iki ölkə bu ehtiyatların üçdə birindən çoxunu Nyu-Yorkdakı Federal Ehtiyat Bankında saxlayır.



Almaniyanın Xristian-Sosial İttifaqından olan sabiq Bundestaq parlament üzvü Peter Gauvyiler bildirib ki, "Bundesbank" ölkənin qızıl ehtiyatlarının təhlükəsizliyini təmin etmək məsələsində heç bir güzəştə getməməlidir. O deyib ki, Almaniya hökuməti son on ildə qızılın xaricdə saxlanmasının daha təhlükəsiz olub-olmadığını qiymətləndirməlidir.



Avropa Vergiödəyicilər Assosiasiyasının prezidenti Mixael Yeger bildirib ki, Trampın Federal Ehtiyat Sisteminin müstəqilliyini sarsıtması ciddi şəkildə narahat edir. O, Almaniya və İtaliyanın qızıl ehtiyatlarının vətəninə geri qaytarılmasını, Avropa mərkəzi banklarının bu sərvətlərə istənilən vaxt tam nəzarət edə bilməsi üçün vacib sayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu