Fransada müəyyən edilmiş açıq məkanlarda siqaret çəkmək qadağan edildi


Fransada məktəb ətrafı, park, çimərlik və bağça kimi açıq məkanlarda siqaret çəkmək qadağan edilib.

Fransada 10 yanvar 1991-ci il tarixli "Evin" adlı qanunla tütün məhsullarının reklamı məhdudlaşdırılıb, 1 fevral 2007-ci ildən isə qapalı məkanlarda siqaret çəkməyə qadağa qoyulub.

1 yanvar 2017-ci ildən etibarən ölkədə bütün siqaret qutularında vahid qablaşdırma tətbiq olunmağa başlayıb.

Fransa səhiyyə naziri Katrin Votren 29 may tarixində verdiyi açıqlamada bildirib ki, uşaqların olduğu park, çimərlik və bağça kimi açıq məkanlarda siqaret çəkmək qadağan ediləcək.

Rəsmi qəzetdə dərc olunmuş qərara əsasən, bu gündən etibarən uşaqlar olsun ya olmasın bütün park, bağça, çimərlik və avtobus dayanacaqları ilə yanaşı məktəb, idman məkanları və kitabxanaların ətrafı kimi açıq məkanlarda da siqaret çəkmək qadağan olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu