Pezeşkian: Xalqa su çatdıra bilməyəcəyik


İran Prezidenti Məsud Pezəşkiyan paytaxt Tehran­dakı su çatışmazlığının mövcud temp ilə davam etməsi və hər hansı bir həll yolunun tapılmaması halında əhaliyə su çatdırmağın mümkünsüzləşəcəyini bildirib və paytaxtın Tehrandan köçürülməsi təklifini bir daha gündəmə gətirib.



Tehranda islahatçı qanadın əsas təşkilatı olan İslahat Cəbhəsinin üzvləri ilə keçirilən görüşdə çıxış edən Pezüşkian Tehrandakı su böhranına toxunub.



Bu səbəbdən bu gün Tehranda iş gününün ləğv edildiyini bildirən Pezeşkian “Enerji balanssızlığı ciddi həddədir. Tehranın doğrudan da suyu yoxdur və əgər bu şəkildə davam edərsə, xalqa su çatdıra bilməyəcəyik” deyib.



Paytaxtın Tehrandan köçürülməsi fikrini bir daha səsləndirən Pezeşkian “Mən bundan əvvəl də demişdim ki, paytaxtı köçürməliyik. Bəziləri məni buna görə tənqid etmişdi, lakin bu şəkildə davam etməyimiz mümkün deyil” deyə əlavə edib.



Qeyd edək ki, İranda davam edən quraqlıq səbəbindən bəndlərdəki su səviyyəsinin azaldığı bildirilmişdi. Tehran Su İdarəsinin 20 iyulda verdiyi açıqlamada Tehrana su təmin edən bəndlərdəki su ehtiyatlarının son yüz ilin ən aşağı səviyyəsinə çatdığı xəbərdarlığı edilmiş və əhaliyə qənaət çağırışı olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu