Britaniyada miqrantların otellərdə yerləşdirilməsinə etiraz artır


Böyük Britaniyada qeyri-qanuni miqrantların otellərdə yerləşdirilməsinə qarşı etirazlar genişlənir.

AFN.az "The Telegraph"a istinadən xəbər verir ki, 26 iyulda Noricdə yüzlərlə insan miqrantların yaşadığı otelin bağlanmasını tələb edib. Oxşar aksiyalar Lids, Nottingemşir və Sauthemptonda keçirilib.

27 iyul üçün daha bir neçə şəhərdə – Bornaut, Satton-in-Eşfild, Vulverhempton və Eppingdə yeni etirazlar planlaşdırılıb.

Etirazlar iyulun ortalarında Eppingdə 14 yaşlı qıza qarşı seksual təcavüz ittihamı ilə saxlanılan Efiopiyalı qaçqınla bağlı hadisədən sonra güclənib.

Rəsmi məlumatlara görə, 2025-ci ilin martına qədər 210 oteldə 32 min qeyri-qanuni miqrant yerləşdirilib. Cari ildə La-Manş boğazını keçərək ölkəyə daxil olanların sayı 20 mini keçib – bu, ötən ilin göstəricisindən 48% çoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu