Çin Çexiya prezidenti ilə əlaqəni kəsib

Çin hakimiyyəti, 14-cü Dalay Lama ilə Çinin suverenliyinə xələl gətirən görüşə görə Çexiya Prezidenti Petr Pavel ilə hər hansı əlaqə saxlamaqdan imtina edir.
AFN.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Lin Cian qeyd edib: “Çexiya tərəfinə dəfələrlə etdiyimiz xəbərdarlıqlara və Çin tərəfinin qəti etirazına baxmayaraq, Çexiyanın prezidenti Petr Pavel Hindistanda Dalay-Lama ilə görüşməkdə israr edib. Bu, Çex hakimiyyətinin Çin hökuməti qarşısında götürdüyü siyasi öhdəliklərin ciddi şəkildə pozulması, Çin Xalq Respublikasının suverenliyi və ərazi bütövlüyünün zərər görməsi deməkdir.”
O əlavə edib ki, Petr Pavelin “təxribatçı hərəkətləri” ilə əlaqədar Çin onunla əlaqə saxlamamağa qərar verib və Pekin bir daha rəsmi şəkildə Praqaya qəti narazılığını bildirib.
Tibet buddizmində Gelugpa məktəbində Dalay-Lama mərhəmət ilahəsi Avalokiteşvaranın bodhisattva reinkarnasiyası sayılır. Vəfat etmiş Dalay-Lamanın növbəti uşağa ötürülməsi prosesi (tulku) bir neçə il davam edir və bu müddətdə nüfuzlu lamaların nəzarəti altında təsdiq mərasimləri keçirilir.
Hazırkı XIV Dalay-Lama 1959-cu ildən — Tibetdə Çin əleyhinə üsyanın məğlubiyyətindən sonra — Hindistanda yaşayır. Çin hakimiyyəti onu “millətin birliyinə təhdid edən separatçı” kimi qiymətləndirir.