Quterreşdən İsrailə E-1 layihəsi ilə bağlı xəbərdarlıq


BMT-nin baş katibi Antonio Quterreş İsrail hakimiyyətinin İordan çayının qərb sahilində yəhudi məskənləri salmaq qərarını ləğv etməyi tələb edib.

AFN.az xəbər verir ki, o, bu barədə Yaponiyanın Yokohama şəhərində Afrikaya yardımla bağlı konfransın keçirildiyi mətbuat konfransında bildirib.

“İordan çayının qərb sahilini kəsən qeyri-qanuni yaşayış məntəqələrinin tikintisinin genişləndirilməsi dayandırılmalıdır”, - deyə BMT-nin baş katibi bildirib. Qeyd edib ki, orada istənilən qəsəbə tikintisi beynəlxalq hüququn pozulmasıdır.

“Shalom Achshav” insan haqları təşkilatının məlumatına görə, İsrailin Planlaşdırma İdarəsi Qüdsün şərqindəki böyük Maale Adumim yaşayış məntəqəsi yaxınlığında E-1 ərazisində 3400 yaşayış binası tikmək planlarını təsdiqləyib. Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi də bu planları pisləyib və bəyan edib ki, E-1 məskunlaşma layihəsinin həyata keçirilməsi Fələstin dövlətini iki hissəyə böləcək, bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və iki dövlətli həlli əhəmiyyətli dərəcədə pozacaq.

2016-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurası İsrailin məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən 2334 saylı qətnamə qəbul edib. İsrail bu sənədin müddəalarına əməl etməkdən imtina edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu