Kürdəxanıda ər arvadını öldürüb intihar etdi


Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə 1988-ci il təvəllüdlü arvadı Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) və 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanaraq istintaq aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu