ABŞ NIS-ə qarşı sanksiyaları təxirə saldı
ABŞ-ın "Neftna Industrija Srbije"yə (NIS) qarşı sanksiyaları bir ay müddətinə təxirə salınıb.
AFN.az xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, təxirə salınma sentyabrın 26-dək davam edəcək. Ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç qeyd edib ki, NIS milli bazara neft və neft məhsullarının stabil tədarükünü davam etdirəcək. “Əsas məqsəd şirkəti sanksiyalar siyahısından çıxarmaqdır", - deyə o bildirib.
Bu hal sanksiyaların təxirə salınması istiqamətində altıncıdir. Daha əvvəl Srbijagasın rəhbəri Duşan Bajatoviç qeyd edib ki, hazırda Serbiyanın altı aydan səkkiz aya qədər enerji ehtiyatı var və NIS normal işləyir.





