Lukaku “Qarabağ”a qarşı oynamayacaq


İtaliyanın “Napoli” klubunun futbolçusu Romelu Lukaku “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Belçikalı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna səbəb kimi forvardın zədəli olması göstərilib. Hazırkı İtaliya çempionu “Mançester Yunayted”dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.

Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu