Əfqanıstanda üçüncü zəlzələdən sonra ölənlərin sayı 2205-ə çatdı


Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, yerli vaxtla saat 20:30-da baş vermiş 5,6 bal gücündə zəlzələnin episentri Nəngərhar vilayətinin mərkəzi Cəlalabad şəhərinin 14 kilometr şərqində yerləşib.

Zəlzələnin dərinliyi 10 kilometr olaraq müəyyən edilib, amma zərərin miqyasına dair hələ açıqlama verilməyib.

Ölkənin şərqində, Pakistan sərhədində 31 avqust bazar gecəsi baş vermiş 6 bal gücündə zəlzələdən ən çox Kunar vilayəti təsirlənmiş, hadisədə indiyə qədər 2205 nəfərin həlak olduğu, 3 min 640 nəfərin isə yaralandığı açıqlanmışdı.

USGS həmçinin 2 sentyabrda Cəlalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 bal gücündə zəlzələ baş verdiyini xəbər vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu