Lekornu Fransanın baş naziri təyin edildi


Fransa Prezidenti Emmanuel Makron Sebastyen Lekornunu baş nazir təyin edib.

Bu barədə Yelisey sarayından məlumat verilib. Məlumatda qeyd olunub ki, Makron Lekornuya Parlamentdə təmsil olunan bütün siyasi qüvvələrlə görüşərək ölkə üçün büdcəni qəbul etdirməyi və gələcək aylara dair qərarlar üçün zəruri razılaşmaları qurmağı tapşırıb.

Lekornunun aparacağı məsləhətləşmələrdən sonra yeni hökumət üzvlərinin adlarını Makrona təqdim etməsi tələb olunur.

Fransada dünən devrilən Bayru hökumətində müdafiə naziri olan Lekornu 1986-cı ildə Val-d'Oaz vilayətində anadan olub və siyasi fəaliyyətinə 19 yaşında deputat köməkçisi kimi başlayıb.

Lekornu 27 yaşında Vernon şəhərinin meri seçilib və Makronun prezident seçildiyi 2017-ci ildən bəri müxtəlif nazirliklərdə çalışıb.

Sebastyen Lekornu 2017-ci ildə 31 yaşında Dövlət Katibi, 2018-ci ildə Regional Nazirlər, 2020-ci ildə Dəniz Qonşuluq Topraqları Naziri və 2022-ci ildə isə Müdafiə Naziri vəzifələrinə təyin olunub.

Rönesans Partiyasına mənsub Lekornu Makronun prezidentliyi dövründə təyin olunan 7-ci baş nazirdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu