Hakim Liza Kukun vəzifədən azad edilməsini müvəqqəti dayandırdı


ABŞ-da federal hakim prezident Donald Trampın “ipoteka fırıldağı” ittihamı ilə ABŞ Mərkəzi Bankı (Fed) İdarə Heyəti üzvü Liza Kuku vəzifədən azad etməsini müvəqqəti olaraq dayandırıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda bölgə hakimi Sia Kob Kuka qarşı irəli sürülən “ipoteka fırıldağı” iddialarının vəzifədən azad etmək üçün kifayət qədər əsas təşkil etmədiyinə qərar verib.

Hakim bildirib ki, Tramp administrasiyası Kukun heyətə və ya ictimaiyyətə zərər verdiyini göstərən heç bir dəlil əldə edə bilməyib və buna görə Kukun vəzifədən azad edilməsini əngəlləyən müvəqqəti tədbir tələbini qəbul edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu