Novo Nordisk 9 min işçini ixtisar etməyi planlayır
Dünyada 78,400 işçisi olan Danimarkanın dərman şirkəti Novo Nordisk yenidən qurulma çərçivəsində 9 min işçini işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Novo Nordisk-in açıqlamasında bildirilib ki, şirkətin strukturunu sadələşdirmək, qərarvermə proseslərini sürətləndirmək və resursları diabet və piylənmə sahəsindəki böyümə imkanlarına yönəltmək məqsədilə yenidən qurulma həyata keçiriləcək.
Yenidən qurulma çərçivəsində təxminən 9 min işçinin işdən çıxarılacağı bildirilib. İşdən çıxarılanların 5 mininin şirkətin mərkəzi olan Danimarkada olacağı gözlənilir.
Bu ixtisar planı şirkətin ümumi işçi qüvvəsinin təxminən 11,5%-inə uyğun gəlir. Novo Nordisk dünyada ümumilikdə 78,400 nəfər işçiyə malikdir.
Keçən il qısa müddət üçün Avropanın ən dəyərli xalqa açıq şirkəti olan Novo Nordisk, yenidən qurulmanın maliyyətinin təxminən 8 milyard Danimarka kronu (1,3 milyard dollar) olacağını gözləyir.
Şirkət yenidən qurulma planı çərçivəsində bu ilə dair maliyyə proqnozlarını da yeniləyib. Şirkət valyuta məzənnəsi təsirlərinə uyğunlaşdırılmış əməliyyat mənfəətinin 4-10 faiz artacağını gözləyir. Əvvəlcə əməliyyat mənfəətinin 10–16% artması proqnozlaşdırılmışdı.
Ozempic və Wegovy dərmanlarının istehsalçısı Novo Nordisk, artan tələbatın olduğu diabet müalicəsində ABŞ-lı rəqibi Eli Lilly ilə rəqabət təzyiqi ilə üzləşir.




