Kanadada təyyarə qəzası: 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza bölgənin az məskunlaşdığı şimal hissəsində, Makepeace gölünün yaxınlığında baş verib. Axtarış işlərinə helikopter cəlb edilib.
Polisin məlumatına görə, sağ qalan yeganə pilot ciddi xəsarətlər alıb, sərnişinlər isə həlak olub.
Hadisə ilə bağlı araşdırma aparılır.

