İsmayıllıda toyda bəy də daxil olmaqla 4 nəfər bıçaqlandı


İsmayıllıda toyda bıçaqlanma hadisəsi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Talıstan kəndində baş verib.

Toy zamanı Səid adlı bəyi tanışlarından biri çölə çağıraraq ona bıçaq xəsarətləri yetirib. Bu zaman insident yaranıb və toyda iştirak edən daha 3 nəfər də bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən 2002-ci il təvəllüdlü Elşən Babayev polis tərəfindən müəyyən edilərək saxlanılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu