Aİ və MERCOSUR arasında razılaşma 5 dekabrda Braziliyada imzalana bilər - KİV


Avropa Komissiyası (EK) Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika Ümumi Bazarına (MERCOSUR) üzv ölkələr arasında razılaşmanı 5 dekabrda Braziliyada imzalamağı nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Adı çəkilməyən Aİ rəsmisi bildirib: “Razılaşmanın 5 dekabrda Braziliyada imzalanması çox məntiqli və vaxtında atılmış addım olar”.

Qeyd olunur ki, icma ölkələrinin səfirləri razılaşmanı 3 dekabrda müzakirə edə bilərlər. İmzalanmanın dekabrda Aİ nümayəndələri ilə Cənubi Amerika ölkələrinin rəhbərlərinin görüşü zamanı baş tutacağı gözlənilir.

MERCOSUR Cənubi Amerikadakı ən böyük ticarət-iqtisadi birləşmədir. Onun təsisçiləri Argentina, Braziliya, Paraqvay və Uruqvaydır. Bu ölkələrin ümumi sahəsi Cənubi Amerikanın 70%-dən çoxunu əhatə edir, əhalisi isə 295 milyon nəfərə çatır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu