KİV: Qəzzada atəşkəs İsrail hökumətinin təsdiqindən sonra qüvvəyə minəcək


Qəzza zolağında atəşkəs rejimi yalnız İsrail hökuməti HƏMAS hərəkatı ilə razılaşmanı təsdiqlədikdən sonra qüvvəyə minəcək.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsrailin baş naziri Benyamin Netanyahunun ofisindəki mənbəyə istinadən məlumat yayıb.

“The Times of Israel” İsrail hökumətinin bəyanatına istinadən bildirir ki, kabinet iclasının yerli vaxtla saat 18:00-da başlaması planlaşdırılır. Bir saat əvvəl isə İsrail Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək.

Bu arada Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı və İsrailin “Ynet” portalı atəşkəsin cümə axşamı saat 12:00-da qüvvəyə mindiyini bildirib.

"Reuters" agentliyi mənbəyə istinadən daha əvvəl qeyd etmişdi ki, İsrail rəsmiləri HƏMAS tərəfindən saxlanılan sağ qalan 20 girovun hamısının ya gələn bazar, ya da bazar ertəsi azad ediləcəyini gözləyirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu