Qurban Qurbanov yeni biznesə başladı


Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

AFN.az Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək mümkündür.

Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz”“Şəfa” klublarından gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. Belə ki, “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları və idman dəstləri sifariş verib, lakin geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya təqdim etməli olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu