7 ildir öz uşağı bilirdi, qardaşı imiş - Bir analizlə həyatı dəyişdi


Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, beynəlxalq şirkətlərdən birinə işə qəbul olunan Ramin Həsənov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib.

Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşündüyünü bildirirdi. İki il əvvəl ər-arvad arasındakı nikah pozulub və Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm aliment ödəyib.

Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Analizlərin nəticəsinə görə ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdikdən sonra Ramin şoka düşüb, əvvəlcə nəticənin səhv ola biləcəyini düşünüb.

Atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi ilkin nəticəni təsdiqləyib və məlum olub ki, azyaşlının atası Ramin deyil.

Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələniblər. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib. Nəticədə uşağın atasının da elə Rizvan olduğu təsdiqlənib.

Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb.

Lakin qonşular əvvəldən qayınata-gəlinin münasibətlərindən şübhələniblər. Araşdırmaların nəticəsində qadınla kişinin bir neçə dəfə rayonlara birgə gəzdiyi də üzə çıxıb.

Tibbi ekspertizanın nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb.

Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu