Filippində 6,1 bal gücündə zəlzələ oldu


Filippinin Luzon adasında, Union şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Union şəhərinin cənub-qərb hissəsində yerləşib.

Zəlzələ təxminən 69 kilometr dərinlikdə baş verib. Hazırda həlak olan və ya zərərçəkənlər barədə məlumat daxil olmayıb. Həmçinin zəlzələdən sonra tsunami xəbərdarlığı verilməyib.

Rəsmi qurumlar əhalini sakit olmağa və fövqəladə hallar üçün hazırlıqlı olmağa çağırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu