Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu


Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

AFN.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, bu məhdudiyyət Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev və qızı Kamilə Əliyevaya da şamil olunub.

Məlumatda həmçinin qeyd olunur ki, Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, general-mayor Teymur Ramiz oğlu Mehdiyev hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini vəzifəsində çalışır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu