Çində yük təyyarəsi zolaqdan çıxaraq dənizə düşdü


Çinin Honq Konq Xüsusi İnzibati Rayonunda Türkiyə şirkətinə məxsus yük təyyarəsi eniş zamanı yerüstü xidmət maşınına çırpılaraq zolaqdan çıxıb. Dənizə düşən təyyarədəki heyət üzvləri xəsarət almadan xilas olsalar da, hava limanı işçilərindən 2 nəfər həyatını itirib.

Qəza yerli vaxtla səhər saat 03:53-də Honq Konq Beynəlxalq Hava Limanında baş verib.

Dubaydakı Əl-Məktum Beynəlxalq Hava Limanından qalxan, Türkiyənin ACT Hava Yollarına məxsus EK9788 reysi Emirates Hava Yolları adından həyata keçirilən uçuşun enişi zamanı zolaqda idarəetməni itirib. Zolaq yaxınlığında olan yerüstü xidmət maşınına çırpılan təyyarə daha sonra dənizə düşüb.

Qəzada yerüstü xidmət maşınında olan 2 əməkdaşın həyatını itirdiyi, təyyarədəki 4 heyət üzvünün isə xilas edilərək xəstəxanada müalicə altına alındığı bildirilib.

Hadisə səbəbindən Honq Konq Beynəlxalq Hava Limanının şimal zolağının müvəqqəti olaraq hava hərəkətinə bağlandığı açıqlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu